21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Riyakar ermənidən cavab: “Yardımı zəhərləyib göndərməli idik” - VİDEO

09.02.2023

Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı mənzərə bütün dünyada bəşəri dəyərlərə hörmətlə yanaşan insanlar tərəfindən dərin kədərlə qarşılansa da, bu ali dəyərlərdən bixəbər insanların var olduğu bir "cəmiyyət” də var.

"DM" xəbər verir ki, türk düşmənçiliyinə bürünmüş, vandalizm və faşizm kimi iyrənc xislətləri özündə cəmləşdirən ermənilər qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı fikirlərində də özlərinə yaraşanı etməyə davam edirlər.

Ermənistanın Türkiyədəki zəlzələ ilə bağlı humanitar yardım göndərməsi xəbəri erməni cəmiyyətində rezonans doğurub. Bir çox ermənilər isə bu xəbərin "dəhşət”inə qapılaraq öz vəhşi təfəkkürlərinin təzahürlərini dilə gətirməkdən çəkinməyiblər.

Belə ki, Ermənistanda məsələ ilə bağlı keçirilən sorğunu cavablandıran ermənilərdən biri bildirib:

"Əlbəttə, biz yardım göndərməli idik. Ancaq zəhərlənmiş yardım. Zəhərdən daha çox insan ölərdi (gülür)”.

Başqa bir respondent, türk düşmənçiliyini gizlədə bilməyən erməni qadın isə "Türkiyəyə yardım etmək lazım deyil, onlar bizim düşmənlərimizdir” sözlərini işlədib.

Daha bir faşist, insanlıqdan nəsibini almamış erməni isə çıxışında "Yaxşı olar ki, məndən bu barədə soruşmayasınız. Bizdə - Spitakda olan zəlzələni xatırlayırsınız? Mən oradanam. Türkiyədə vəziyyət daha pis olmalı idi. Yaxşı oldu ki, başlarına bunlar gəldi. Ümid edirəm ki, vəziyyət daha da pisləçəcək” kimi sərsəm fikirlərini dilə gətirib.

Göründüyü kimi xalqların başlarına gələn bəlalara sevinən, qan və xaos mühitində özləri üçün münbit inkişaf şəraiti görən ermənilər öz xislətlərindən bir an belə əl çəkmək istəmirlər.

Çox təəssüf ki, təbii fəlakət qurbanlarına qarşı bu cür iyrənc sözləri sərf edəcək qədər cılızlaşmış, dinc insanların ölümünə sevinən, hətta bu faciəyə gülərək reaksiya verən vandallar da dünya əhalisinin statistikasında "insan” kimi qeyd olunur. Nə qədər insan olduqları isə sərf etdikləri xəstə düşüncələrdən gün kimi aydın olur