Suriyada zəlzələ nəticəsində 300 minə yaxın insan evini tərk edib
08.02.2023
Suriyada baş vermiş güclü zəlzələ nəticəsində 300 minə yaxın insan evini tərk edib.
"DM" SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın yerli administrasiya və ətraf mühit naziri Hüseyn Maxluf (Hussein Maxlouf) bildirib.
Nazir qeyd edib ki, şiddətli zəlzələ nəticəsində evlərini tərk etməyə məcbur olan şəxslər üçün dövlət tərəfindən 180 sığınacaq təşkil edilib.