21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspertlərdən xəbərdarlıq: Hər an zəlzələ ola bilər - VİDEO

08.02.2023

"Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”.

Bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib.

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib.

Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında da xəbərdarlıq edib:

"Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir”.