Polşa Türkiyəyə hərbi həkimlər göndərir
08.02.2023
Polşa Türkiyədə irimiqyaslı zəlzələdən zərər çəkənlərə kömək etmək üçün hərbi həkimlər göndərir.
"DM" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak Tvitter səhifəsində məlumat yayıb.
Həkimlər, tibb bacıları və xilasedicilər də daxil olmaqla, heyətin 52 nəfərdən ibarət olacağı bildirilir.