İsgəndərunda binalar boşaldılıb – Son dəqiqə
08.02.2023
Türkiyəni sarsıdan zəlzələdən sonra Hatay vilayətinin İsgəndərun rayonunun Çay məhəlləsindəki sahil yolunda dənizin səviyyəsi yüksələrək Mete Aslan bulvarını basaraq nisbətən içəridəki küçə və prospektlərə doğru irəliləyib.
"DM" xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda təhlükəsizlik tədbirləri çərçivəsində sahil xətti üzərindəki evlər, bina, bank və digər iş yerlərinin boşaldığı bildirilib.