Yaponiyanın Sakuracima vulkanı püskürüb - VİDEO
08.02.2023
Yaponiyanın cənub-qərbində Sakuracima vulkanı püskürüb.
Qeyd olunur ki, fevralın 8-də səhər Kaqoşima prefekturasında yerləşən Sakuracima aktivləşməyə başlayıb.
Yerli meteoroloji rəsədxananın məlumatına görə, vulkanın püskürmə hündürlüyü 1 000 m olub.
Məlumatda, həmçinin qeyd olunub ki, səhər saatlarında Kyuşu adasından bir qədər aralıda, Filippin dənizində 4,0 bal gücündə zəlzələ də baş verib.
Mənbə: 373news