Bakıda Avropa səfirliklərinin bayraqları yarıya qədər endirilib
08.02.2023
Bu gün Bakıda Avropa səfirliklərinin bayraqları yarıya qədər endirilib.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, Türkiyə ilə həmrəylik nümayiş etdirilir:
"Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.