21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dağıntı altında qalan Samir Quliyevin qohumu açıqlama verib

07.02.2023

Ötən gün Türkiyədə baş verən zəlzələdə Malatyada dağıntı altında qalan dörd azərbaycanlı tələbənin xilas olduğu bildirilib. Səfirlikdən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı bir məlumat yoxdur.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Oxu.Az-ın əməkdaşı dağıntı altında qalan Samir Quliyevin qohumu, Beynəlxalq Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Ramal Şəmşədli ilə danışıb.

Onun sözlərinə görə, Samir Quliyevdən hər hansı bir məlumat yoxdur:

"Samir doğma bibim oğludur. Dünən məlumatı sosial şəbəkədən aldıq. Xəstəxanaya aparıldığı bildirilib. Lakin onların xəstəxanada adları çıxmayıb. Məlumatı səfirlik belə, təsdiq etməyib. Uşaqları görə bilməyiblər. Axtarışlar hələ də davam edir”.

R.Şəmşədli ailələrinin pərişan halda olduğunu söyləyib:

"Ailələri çox narahatdır. Samirin atası o hələ uşaq olanda rəhmətə gedib. Anasının himayəsində böyüyüb. Hər birimiz pərişanıq. Bu hadisə bizi sarsıtdı. Şad xəbəri aldıq ki, çıxarılıb. Lakin təsdiqini tapmadı. Səbirsizliklə məlumatın təsdiqini gözləyirik”.

R.Şəmşədli həmin şəhərdə olan digər tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edib:

"Samir İnönü Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsidir. Yataqxanada qalmırdılar. Dörd tələbə ev tutub, kirayədə qalırdı. Hər birinin ailəsini tanıyıram. Bakıdan, Sumqayıtdan, Gəncədəndirlər. Onlardan biri Gündüz Nəzərzadə magistr tələbəsidir, Hüman və Şahin sonuncu kursda təhsil alırdılar. Bizim vasitəmizlə gediblər.

Həmin şəhərdə olan digər tələbələrimizin vəziyyəti yaxşıdır. Yəqin ki, səfirliyimiz digər tələbələri təxliyə edəcək”.