21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kahramanmaraşda azərbaycanlı tələbə itkin düşüb

07.02.2023

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb.

Bu barədə Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraşda iki azərbaycanlı tələbənin dağıntı altında qalması ilə bağlı məlumatlar doğru çıxmayıb:

"Hazırda onların həyati təhlükəsi yoxdur. Amma bir tələbəmiz haqqında heç bir məlumat ala bilmirik, çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”.

H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşda olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq:

"Təxliyə Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq”.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur:

"Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7 bal, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04:26-da Qaziantepin Nurdağı rayonunda 6,4 bal, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 bal gücündə təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində ölənlərin sayı 3 419 nəfərə çatıb, 20 534 nəfər yaralanıb.