2 ton qurudulmuş meyvə yanıb
01.11.2018
Balakəndə 2 ton meyvə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton qurudulmuş meyvə yanıb. Yaxınlıqdakı talvar və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.