Xankəndi-Laçın yolunda aksiyanın 58-ci günüdür
07.02.2023
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus yeddi avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
"DM" xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, altı minik və bir yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.