Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib
07.02.2023
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan itkisi ilə bağlı başsağlığına görə təşəkkür edib.
"DM" xəbər verir ki, Əminə Ərdoğan bu barədə "Twitter” hesabında yazıb.
"Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - deyə Türkiyənin birinci xanımı sosial şəbəkə hesabında yazıb.