Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib - CANLI YAYIM
07.02.2023
Fevralın 6-dan 7-nə keçən gecə Türkiyənin mərkəzində 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Türkiyə vaxtı ilə 06:13-də (07:13-də) qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Gölbaşı ərazisindən beş kilometr aralıda olub.
Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.
Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Bundan öncə, yerli vaxtla 02:29-da isə Hatayda, Türkiyə ilə Suriya sərhədi ilə Aralıq dənizi sahillərinə yaxın, Yayladağından 50,7 km aralıda zəlzələ olub. Ocağı 44,17 km dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,4 bal olub.
Mənbə: Haber Global