Türkiyədəki zəlzələ Qrenlandiyada da hiss olunub
06.02.2023
Türkiyə və Suriyada baş verən güclü zəlzələnin təkanları, hətta Qrenlandiyada da hiss olunub.
Bu barədə Danimarka və Qrenlandiya Geoloji Xidməti bildirib.
"Türkiyədə baş verən böyük zəlzələlər Danimarka və Qrenlandiyanın seysmoqraflarında aydın şəkildə qeydə alınıb”, - deyə seysmoloq Tine Larsen qeyd edib.
Mənbə: AFR