Suriyanın baş nazirinin bacısı zəlzələnin qurbanı olub
06.02.2023
Suriyanın baş naziri Hüseyn Arnosanın bacısı ölkədə baş verən zəlzələnin qurbanı olub.
Suriya mənbələri yazır ki, baş nazirin bacısı ölkənin mərkəzi hissəsində yerləşən Həma şəhərində yaşayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, İraqda, Fələstində və Kipr adasında dağıntılara və insan itkisinə səbəb olub.
Mənbə: Al-Watan