Türkiyədə zəlzələdən sonra 78 afterşok qeydə alınıb
06.02.2023
Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra bölgədə 78 afterşok qeydə alınıb.
"DM" "TRT World”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. O, zəlzələnin episentrinin yerin 7 kilometr dərinliyində qeydə alındığını bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb. Dağıntıların altında qalanların xilas edilməsi istiqamətində intensiv iş aparılır.