Sunak: Britaniya Türkiyəyə hər cür yardım göstərməyə hazırdır
06.02.2023
Böyük Britaniya Türkiyəyə əlindən gələn hər cür yardımı göstərməyə hazırdır.
"DM" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak "Twitter" səhifəsində yazıb.
O, düşüncələrinin Türkiyə xalqının yanında olduğunu bildirib.
"Düşüncələrim həm də zəlzələdə zərərçəkənləri xilas etmək üçün cəsarətlə çalışan xilasedicilərlədir. Böyük Britaniya Türkiyəyə əlindən gələn hər cür kömək etməyə hazırdır”, - Baş nazir qeyd edib.