Almaniya zəlzələ ilə bağlı Türkiyəyə qısa zamanda yardım edəcək
06.02.2023
Almaniyanın xarici işlər naziri Annalena Berbok Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib.
"DM" xəbər verir ki, paylaşımda deyilir.
"Türkiyə və Suriyadan gələn dəhşətli xəbərlə oyandıq. Fikirlərim bu dəhşətli zəlzələ qurbanlarının yaxınları ilədir, ailələri, dostları, qonşuları üçün qorxan hər kəslədir. Tərəfdaşlarımızla birlikdə tez bir zamanda Türkiyəyə yardım edəcəyik”, - deyə paylaşımda deyilir.