Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradıldı, baş konsulluq müraciət yayıb
06.02.2023
Azərbaycanın İstanbuldakı baş konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.
Müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.
"Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərər çəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə baş konsulluqla əlaqə saxlamaları xahiş olunur: +90 536 613 86 48”, - deyə məlumatda bildirilib.