Rumıniya Prezidentinin tədbirdə iştirakı göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk
03.02.2023
Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı bir daha onu göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk.
"DM" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
"Bizim gələcək ümumi addımlarımız iki ölkə arasında əlaqələrində nəticəsində atılacaq. Biz strateji tərəfdaşlarıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.