03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfir: Azərbaycan bu dəmir yolu layihəsində iştirakda maraqlıdır

02.02.2023

Məlum məsələdir ki, Cənubi Qafqazda yeni geosiyasi reallığın yaranması, nəqliyyat və logistika imkanlarının genişlənməsi Qırğızıstanla Azərbaycan arasında dostluğun və strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Bunu Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev deyib.

Səfirin sözlərinə görə, Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının protokolunda da bu müddəa öz əksini tapıb və orada qeyd olunur ki, tərəflər Asiyadan Avropaya yükdaşımaların həcminin artmasını və Mərkəzi Asiya üzrə marşrutların şaxələndirilməsinin zəruriliyini nəzərə alırlar: "Onu da qeyd etməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çoxlu sayda tranzit yüklərin cəlb edilməsi məqsədilə Azərbaycan tərəfi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin (xəttinin) Türkmənistan üzərindən ölkənizə yönləndirilməsində maraqlı olduğunu bildirib”.