Azərbaycanla əməkdaşlığımız davam edəcək.
02.02.2023
Azərbaycanla əməkdaşlığımız davam edəcək.
"DM" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən "Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.
Nazir Akar Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb.
Türkiyəli nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması hamını xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək: "Sülhə nail olmaq, ölkələrin təhlükəsizliyi üçün biz bu layihəni tam şəkildə dəstəkləyirik”.