Türkiyənin energetika naziri Bakıya gəlir
02.02.2023
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası çərçivəsində Bakıya gələcək.
"DM”-nın Türkiyənin "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, toplantıda Fatih Dönmezin Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşması nəzərdə tutulur.
Nazir Dönmezin səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı da daxil olmaqla bir çox görüşlər keçirməsi, fevralın 14-15-də keçiriləcək İstanbul Qaz Zirvəsi ilə bağlı həmkarlarını və sektor nümayəndələrini dəvət etməsi gözlənilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı fevralın 3-də Bakıda keçiriləcək.