Səbuhi Şahverdiyev həbs olunub? - Rəsmi
02.02.2023
Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.
"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir", - məlumatda qeyd olunub.