Bolqarıstan prezidenti parlamenti buraxıb
02.02.2023
Bolqarıstan Prezidenti Rumen Radev 48-ci Milli Məclisin fevralın 3-də buraxılması və parlament seçkilərinin aprelin 2-nə təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bolqarıstan prezidenti başqa bir sərəncamla Qılıb Donevin başçılıq etdiyi yeni texniki hökuməti təyin edib.
Mənbə: TASS