21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pensiyaçılara şad xəbər

12.02.2018

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.
Dövran Media xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu pensiyaların artımı ilə bağlı sərəncamı şərh edib. O, bildirib ki, sərəncama görə, əmək pensiyaları 12 manat 54 qəpik artım olub:
"Bu ildən ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir. Dövlət statistika komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub. Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq”.