Borrell: Aİ Ukraynanın yanında olacaq
02.02.2023
"Qalib gəlmək və müharibədən sonrakı bərpa üçün Ukraynanın yanında olacağıq”.
"DM" xəbər verir ki, bunu Kiyevə gedən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
"Ölkələrini müdafiə edən bütün ukraynalılara Aİ-nin ən güclü dəstək mesajını çatdırmaq üçün Kiyevdəyəm.
Rusiyanın müharibəsi başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 50 milyard avroya çatıb. Avropa ilk gündən Ukraynanın yanındadır. Qalib gəlmək və yenidənqurma üçün sizinlə (Ukrayna ilə) birlikdə olacaq”, Borrell qeyd edib.