Paşinyan və Mişustin ikitərəfli görüş keçirəcək
02.02.2023
Rusiyanın Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində görüşəcəklər.
"DM" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası fevralın 2-3-də Almatıda keçiriləcək.