21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gənclər təşkilatları tərəfindən Gənclər Gününün 26-cı ili qeyd edilir - FOTO

02.02.2023

Artıq 28 ildir ki, fəaliyyət göstərən və əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolunun artırılması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2 fevral - Gənclər günü münasibəti ilə bir sıra tədbirlər həyata keçirib.

İlk olaraq 31 yanvar tarixində "Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda 200-dən çox gəncin, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı ilə forum təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd ölkənin aparıcı və fəal gənclər təşkilatlarının iştirakı ilə uğurlu gənclər siyasətinin icra edilməsində ulu öndər Heydər Əliyev irsinin təbliği və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi istiqamətində müzakirələrin aparılmasından ibarət olub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlıqları ilə keçirilən forum çərçivəsində rəsmilərin iştirakı ilə aidiyyəti istiqamətlərdə müzakirələr baş tutub və gənclər təşkilatlarının təklifləri dinlənilib. Rəsmi hissə yekunlaşdıqdan sonra gənclər siyasətinin müxtəlif aspektlərini özündə cəmləşdirən mövzularında təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələrlə forum öz işini yekunlaşdırıb.

Daha sonra adı ümummilli lider Heydər Əliyevlə bağlı olan Gənclər Günündə "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” sözlərinin müəllifi ulu öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirələri gənclər təşkilatlarının iştirakı ilə Fəxri xiyabana və Şəhidlər xiyabanına yürüş təşkil edilərək yad olunub.