21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İcra başçısı təyin edilən jurnalistlər: Onlar kimlərdir?

31.10.2018

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir vaxtlar İctimai Televiziyada çalışan Tahir Nadir oğlu Məmmədovun icra başçısı təyin edilməsi hazırda rayon rəhbəri funksiyasını icra edən jurnalistlər mövzusunu bir daha gündəmə gətirdi.
"Dövran Media" xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da jurnalistika fakültəsinin məzunudur.
O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İcra başçısı 1969-1977-ci illərdə Bərdə rayonda dərc edilən "Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də ixtisasca jurnalistdir, amma jurnalist kimi aktiv fəaliyyət göstərməyib.
Qeyd edək ki, jurnalistlər arasında Milli Məclisdə təmsil olunanlar daha çoxdur. Belə ki, Elmira Axundova, Qənirə Paşayeva, Aqil Abbas, Əflatun Amaşov, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov və s. kimi ictimaiyyətin də yaxşı tanıdığı millət vəkilləri jurnalistdirlər və bəziləri hazırda da media qurumu rəhbəri kimi fəaliyyətlərini davam etdirirlər.