Sakit okeanda sualtı vulkan püskürməyə başlayıb - FOTO
01.02.2023
Sakit okeanda yerləşən Vanuatu ölkəsində sualtı vulkan püskürməyə başlayıb.
Vulkan kül püskürüb.
Fevralın 1-i səhər saatlarından etibarən Şərqi Epi adlı dənizaltı vulkanda titrəmələr əmələ gəlib və buxar çıxmağa başlayıb.
Vulkanın aktivliyi tədricən güclənib və partlayışlar baş verib. Nəticədə sualtı kraterin ətrafına təxminən 100 kilometr məsafədə kül səpələnib.
KİV-in məlumatına görə, səlahiyyətlilər insanlara sahildən uzaq durmağı tövsiyə ediblər, çünki sualtı vulkanın aktivliyi kiçik sunami dalğalarına səbəb ola bilər.
Mənbə: UNİAN