Səfirliyimizə hücum MM-də müzakirə edilib
01.02.2023
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şiddətlə qınayırıq. Qanlı cinayətin törədilməsində əli olanların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik.
"DM" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
"Milli Məclis olaraq da öz bəyanatımızı vermişik. Şəhidə Allahdan rəhmət diləyir, yaralıların sağalmasını arzulayırıq” – spiker əlavə edib.