Prezident “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunu təsdiqləyib
31.01.2023
Prezident İlham Əliyev "Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.
Dövlət başçısı "Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman da imzalayıb.