21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Azərbaycana qarşı sanksiyalar olmayacaq”

31.01.2023

"Avropa İttifaqı Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir”.

Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

J.Borrel bildirib ki, Avropa İttifaqının səyləri məsələnin dialoq yolu ilə həllinin tapılmasına yönəlib, Azərbaycan və Ermənistan liderləri də öz növbəsində bu dialoqa sadiq olduqlarını ifadə ediblər.

J.Borrell əlavə edib ki, o, hər iki ölkənin xarici işlər nazirləri ilə daimi təmasdadır.

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır”, - deyə Josep Borrel vurğulayıb.

Mənbə: Europa.eu