Satanovski: Cənubi Qafqazda xəritə yenidən çəkilə bilər
31.01.2023
Formal olaraq Azərbaycan Prezidenti İlham Əliyev tamamilə haqlıdır. Qarabağ Azərbaycan ərazisidir. Ermənistan isə bununla mübahisə etmir. Bu o deməkdir ki, nəsə tələb edən insanlar separatçılardır. Heç kim onları tanımır, elə deyilmi?! Onlar təkbaşına mübarizə apara bilmədilər. Küçələrdə Rusiya bayraqlarını yandıran axmaqların isterik qışqırıqlarından başqa Ermənistan onlara (Xankəndidəki separatçı rejimə - red.) heç nə etmədi. Paşinyan açıq şəkildə antirusiya siyasəti aparır. O, amerikapərəstdir. İlham Əliyev isə ölkəsinin maraqlarının qayğısına qalır. Əsas tərəfdaşının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olması və Bakının Ankara ilə vahid hərbi-siyasi sistemində əlaqəsi onun öz haqqıdır.
"DM" xəbər verir ki, bunu rusiyalı şərqşünas və iqtisadçı, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Yevgeni Satanovski deyib.
"İndi Laçın yolu və Zəngəzur dəhlizi arasında çəkişmələr davam edəcək. Ümumiyyətlə, bundan sonra Cənubi Qafqazda hər şey ola bilər, o cümlədən regionun xəritəsinin yenidən qurulması da bura daxildir. Hamısı budur”, - o bildirib.