Avtobus marşrutlarında gediş haqqı bahalaşıb
31.01.2023
Bakıda və şəhərətrafı qəsəbələrdə marşrut avtobuslarının gediş haqqı artırılıb.
"DM" xəbər verir ki, bu barədə Tarif Şurasının iclasında qərar qəbul olunub.
Belə ki, şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib.