Füzuli Ələkbərov işdən ÇIXARILDI
31.10.2018
Abşeron rayon Vəkil Bürosunun rəhbəri dəyişdirilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin ötən gün keçirilən ümumi yığıncağında qərar qəbul edilib.
Məlumata görə, Abşeron rayon Vəkil Bürosunun müdiri Füzuli Ələkbərov müdir vəzifəsindən azad olunması ilə bağlı yığıncaq iştirakçılarına müraciət ünvanlayıb.
Ümumi yığıncağın qərarı ilə həmin vəzifəyə Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Muğan Əliyev təyin olunub.