Vilayət Eyvazov Cəlilabadda qəbul keçirəcək
31.01.2023
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
"DM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəbul Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında olacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.