Saakaşvilinin vəziyyəti yenidən pisləşib
31.01.2023
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib, həkimlər onu reanimasiya şöbəsinə göndərirlər.
"DM"az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının üzvü Georgi Çaladze deyib.
"Gürcüstanın eks-prezidenti, hazırda məhkum olunan Mixail Saakaşvili xəstəxananın adi palatasından reanimasiya şöbəsinə köçürülür”, - o bildirib.
Qeyd edək ki, "Vivamed” klinikası hələ ki, məlumatı təsdiq etməyib.