Çavuşoğlu: Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq
31.01.2023
"Ədalətli sülhün itirəni olmaz. Əvvəlcədən bu müharibənin qalibinin olmayacağını deyirik. Ukrayna və Rusiya arasında müharibənin bitməsi üçün səylərimizi davam etdirəcəyik”.
"DM" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ukrayna ərazi bütövlüyü üçün bir sıra ölkələrdən yardımlar alıb.
"Ən əhəmiyyətlisi bir an öncə masaya oturmaqdır. Realist olmaq lazımdır. Reallıqlar çərçivəsində səylərimizi davam etdirəcəyik”, - XİN rəhbəri qeyd edib.