Dünyanın ən böyük abidəsi UCALDILDI
31.10.2018
Hindistanın qərbində yerləşən Qucarat ştatında dünyanın ən böyük abidəsinin - "Birlik” heykəlinin təntənəli açılış mərasimi keçirilib.
"Dövran Media" xəbər verir ki, dünyanın ən böyük abidəsinin açılması ilə Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin ardıcıllarından biri sayılan Vallabxai Patelin obrazını əbədiləşdirilib. Abidənin hündürlüyü 182 metr təşkil edib ki, bu da ABŞ-dakı "Azadlıq” heykəlindən (93 metr) təxminən iki dəfə böyükdür.
Abidənin açılışında Hindistan Baş naziri Narendra Modi də iştirak edib.
Heykəl sürəti saatda 180 kilometrə çatan küləyə və 6,5-ə bal gücündə zəlzələyə tab gətirə biləcək şəkildə inşa edilib.
Qeyd edək ki, heykəlin hazırlanması prosesi bir neçə gün əvvəl başa çatmışdı.
430 milyona başa gələn abidənin hazırlanmasında 250 mühəndis və 3400 işçi çalışıb.