Siyarto: Bu iki tərəf arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib
31.01.2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Macarıstan xarici işlər naziri Peter Siyarto görüşüb.
"DM" xəbər verir ki, bu barədə Peter Siyarto "Facebook"da bildirib.
"Sülh lazımdır. Sülh danışıqlar tələb edir, danışıqlar üçün vasitəçilər lazımdır və indiyədək müharibə edən tərəflər arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib. Bütün bunlarda dostum Mövlud Çavuşoğlunun böyük rolu olub, Türkiyənin xarici işlər nazirini yenidən Budapeştdə qarşılamaq mənim üçün şərəfdir", Siyarto bildirib.
Qeyd edək ki, görüş Çavuşoğlunun Macarıstana səfəri çərçivəsində baş tutub.