Bakıda partlayışda xəsarət alan əcnəbi vətəndaşların vəziyyəti açıqlanıb
31.01.2023
Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:
"Hadisə zamanı evdə olan bədən xəsarəti alanlardan 4-nün də vəziyyəti orta ağırdır. Onlar üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".