21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranı vuran PUA-lar buradan qalxıb - Şok

30.01.2023

İstintaqın ilkin nəticələri İranın İsfahan şəhərindəki hərbi zavodun PUA-larla vurulmasında İsrailin əli olduğunu göstərir.

"DM" xəbər verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"İlkin əlamətlər İsrailin İsfahana hücumda iştirakına işarə edir, araşdırmalar davam etdiriləcək”, - İranın nümayəndəsi telekanala bildirib.

O, həmçinin, hərbi obyektə hücum edən PUA-ların İranın öz ərazisindən buraxıldığını təsdiqləyib.

Xatırladaq ki, ötən gün İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı zavoduna PUA hücumu edilib. Nəticədə dəhşətli yanğın baş verib.