Polşa bu halda Ukraynaya F-16-lar göndərməyə hazırdır
30.01.2023
Polşa NATO-dakı müttəfiqləri ilə razılaşdırılandan sonra F-16 qırıcılarını Ukraynaya göndərməyə hazırdır.
"DM" Polşa Baş nazirinin ofisinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mateuş Moravietski deyib.
Moravierski Siedltse şəhərindəki 18-ci mexanikləşdirilmiş diviziyaya səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib: "Varşava NATO Alyansındakı müttəfiqləri ilə razılaşdırma əsasında Ukrayna Silahlı Qüvvələrinə istənilən hərbi hava texnikasını verə bilər”.
O həmçinin MİQ təyyarələrinin də bu yolla verildiyini xatırladıb.
Mətbuat konfransında Polşanın Baş naziri ona ünvanlanmış "rəsmi Varşava Leopard tankları ilə olduğu kimi, Ukraynaya F-16 qırıcı təyyarələri, eləcə də uzaq mənzilli raket silahlarının tədarükü üçün beynəlxalq arenada vasitəçilik edəcəkmi?” sualını cavablandırıb.
"Bir neçə ay əvvəl MİQ təyyarələrinin Ukraynaya verilməsi prosesində olduğu kimi istənilən digər hava hücumu vasitələrini də NATO ölkələri ilə razılaşdıraraq tədarük edə biləcəyik”, nazir deyib.