ABŞ-dan vətəndaşlarına İstanbulla bağlı xəbərdarlıq
30.01.2023
Türkiyə ərazisində terror aktları törədilməsi ehtimalı güclüdür. ABŞ öz vətəndaşlarını ayıq olmağa çağırır.
"DM" xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Türkiyədəki səfirliyi yayıb.
"İstanbulda və ya qərblilərin ən çox ziyarət etdikləri digər yerlərdə kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə hücumlar ola bilər. İstanbulun Bəyoğlu, Qalata, Taksim və İstiqlal kimi bölgələrində terror aktları mümkündür”, - məlumatda bildirilib.
Səfirlik sözügedən ərazilərdən vətəndaşlarının uzaq durmasını istəyib.
Qeyd edək ki, Fransa səfirliyi də mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.