21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya bu ölkələrlə əlaqələrin tamamilə kəsiləcəyini istisna etmir

30.01.2023

Rusiya Polşa və Baltikyanı ölkələrlə əlaqələrin tamamilə kəsiləcəyini istisna etmir.

"DM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Polşa və Baltikyanı ölkələr uzun müddətdir ki, qızğın rusofobik kampaniyanın aparıldığı və Qərbin hər hansı anti-Rusiya təşəbbüslərinin tərəfdaşı olmağa çalışan dövlətlərdir. Son zamanlar bu ölkələrlə ikitərəfli münasibətlər fəlakətli şəkildə deqradasiyaya uğrayıb, onlarla bütün sahələrdə qarşılıqlı fəaliyyət dondurulub və praktiki olaraq sıfıra enib”, deyə Rusiya XİN-dən KİV-in "Rusiya Polşa və Baltikyanı ölkələrin açıq-aşkar qeyri-dost hərəkətlərinə cavab olaraq bu ölkələrlə münasibətləri kəsə bilərmi?” sualına cavabında qeyd olunub.

Vurğulanıb ki, Rusiya diplomatik münasibətlərin pozulmasının tərəfdarı deyil: "Ən çətin vəziyyətdə belə dialoq kanallarını saxlamaq, həmvətənlərimizin və soydaşlarımızın problemlərini həll etmək lazımdır. Bu ölkələrin anti-Rusiya qəzəbinə girərək bizimlə əlaqəni tamamilə kəsmək qərarına gələcəyini istisna etmək olmaz. Əgər bu baş verərsə, o zaman bu addımın və onun nəticələrinin məsuliyyəti bütünlüklə bu dövlətlərin rəhbərliyinin üzərinə düşəcək. Biz milli maraqlarımızı qətiyyətlə müdafiə etmək niyyətindəyik və opponentlər başa düşməlidirlər ki, onların hərəkətlərinin uzunmüddətli nəticələri olacaq”.