21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Haaqada Bakı və İrəvan arasında məhkəmə başlayacaq

30.01.2023

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan və Azərbaycan arasında prosessual dinləmələr başlayacaq.

"DM" xəbər verir ki, "Ermənistan Azərbaycana qarşı” ilk dinləmə bu gün Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi keçiriləcək.

Yanvarın 31-də isə Bakı vaxtı ilə saat 13:00-dan 15:00-a kimi və 19:00-dan 21:00-a kimi "Azərbaycan Ermənistana qarşı” dinləmə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.