21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ombudsman İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

30.01.2023

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Xodayana rəsmi məktub ünvanlayıb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il diplomatik əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu diqqətə çatdırıb.

Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlər görməyə dəvət edib.