Suyun verilməsində məhdudiyyətlər olacaq
31.10.2018
Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 31-də gün ərzində Bakının Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.